Bakıda hoteldə qətl törədilib, saxlanılan var

Baş səhifə

Bakıda hoteldə qətl hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə ötən gün paytaxtın Xətai rayonunda yerləşən “Boulevard Hotel”də qeydə alınıb. Orada ofisiant kimi çalışan 1996-cı il təvəllüdlü Şəmistan Əliyev camaşırxanada bıçaqlanaraq öldürülüb. Hadisəni törətməkdə şübhəli bilinən 1992-ci il təvəllüdlü Seymur Manafov polis əməkdaşları tərəfindən saxlanılıb.

Salanılan şəxsin də orada ofisiant olduğu, hadisənin mübahisə zəminində baş verdiyi bildirilir.

Faktla bağlı Xətai Rayon Prokurorluğunda cinayət işi açılıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir