
Bakı. Trend:
Ötən il idxal zamanı 412 ton rəngləyici qida əlavələri aşkar
edilib.
Trend xəbər
verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA)
sədr müavini Əziz Şərifov 2025-ci ilin yekunlarına həsr olunmuş
mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən
bildirib.
Onun sözlərinə görə, bu məhsulların dövriyyəyə buraxılmasının
qarşısı alınıb:
“İxracatçı ölkələrə də xəbərdarlıq edilib. Son vaxtlar belə
problemlə rastlaşılmayıb”.
Xəbər yenilənəcək

