
Bakı. Trend:
İran istənilən təcavüzə peşmanedici və əhatəli cavab
verəcək.
Trend-in
məlumatına görə, bunu İranın Xarici İşlər Nazirliyinin mətbuat
katibi İsmayıl Bəqai bu gün Tehranda keçirilən mətbuat konfransında
deyib.
Onun sözlərinə görə, İran əvvəlki dövrlərlə müqayisədə indi daha
güclü və daha hazırlıqlıdır.
Bəqai bildirib ki, İran öz potensialı və bacarığına güvənir və
keçmiş təcrübələr, xüsusilə də ötən il baş verən müharibə İranı
daha da gücləndirib.
Xatırladaq ki, 2025-ci il 13 iyun səhər saatlarında İsrail İrana
hərbi hava zərbələri endirib. Zərbələr nəticəsində çoxlu sayda
yüksək rütbəli hərbçilər, generallar, nüvə alimləri və başqa yüksək
səviyyəli rəsmilər ölüb.
Elə həmin günün axşamı, İran “Doğru Vəd III” əməliyyatı ilə
İsrailə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərə
yüzlərlə ballistik raket, pilotsuz uçuş aparatı buraxılıb, bu da
mülki itkilərə və genişmiqyaslı dağıntılara yol açıb.
22 iyunda ABŞ İranın üç nüvə obyektinə hərbi hava hücumları
edib. Nəticədə İranın nüvə obyektlərinin məhv edildiyi qeyd
olunub.
Əlavə edək ki, iyunun 21-ü axşam saatlarında İran ABŞ-nin
Qətərdəki hərbi bazasına hava zərbələri endirib.
24 iyunda İsrail Baş nazirinin ofisi İsrail hökumətinin ABŞ
Prezidenti Donald Trampın vasitəçiliyi ilə İranla atəşkəsə
razılaşdığını elan edib.
İranın Ali Milli Təhlükəsizlik Şurası da bəyanat yayaraq
hücumların dayandırıldığını qeyd edib.

