
Bakı. Trend:
İsraildə danışılmış futbol matçları və çirkli pulların yuyulması
ittihamı ilə bir futbol klubunun 17 üzvü saxlanılıb.
Trend İsrail KİV-ə
istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi
məlumat yayıb.
Polisin məlumatına görə, saxlanılanlar arasında komandanın
hazırkı oyunçuları və yüksək vəzifəli idarəçiləri var. Onlar bir
neçə il ərzində oyunların nəticələrinin saxtalaşdırılmasında
iştirak etməkdə şübhəli bilinirlər.
Polis hansı klubdan söhbət getdiyini açıqlamasa da, həmin
şəxslərin İsrailin Milli Liqasında (İsrail çempionatının ikinci
divizyonu) çıxış etdiklərini bildirib. Bəzi mənbələr sözügedən
klubun “F.C Kirya Yam” futbol klubu olduğunu iddia edir.

