
Bakı. Trend:
Yunanıstanın Trikala şəhərində “Violanta” peçenye fabrikində baş
verən partlayış və yanğın nəticəsində dörd nəfər həyatını itirib,
bir nəfər isə itkin düşüb.
Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, fabrikdə partlayış yerli vaxtla saat 04:00-da
(Bakı vaxtı ilə 06:00) baş verib, bundan sonra güclü yanğın
başlayıb. Hadisə yerinə dərhal yanğınsöndürənlər və polis
idarəsinin cinayətlərlə mübarizə üzrə ekspertləri cəlb olunub.
Fövqəladə hadisə zamanı, sobaları sutka ərzində fasiləsiz
işləyən fabrikdə 12–13 nəfər olub.
Yerli vaxtla saat 09:00-dan sonra yanğınsöndürənlər itkin düşmüş
hesab edilən beş qadından üçünün cəsədini aşkar ediblər, daha sonra
dördüncü həlak olan şəxsin cəsədi də tapılıb. Bir qadın isə hələ də
itkin düşmüş sayılır.

