
Bakı.Trend:
Sumqayıt şəhəri 9-cu mikrorayon ərazisində magistral su xəttində
qəza baş verib.
Trend xəbər
verir ki, bu barədə Sumqayıt Sukanal İdarəsi məlumat yayıb.
Bildirilib ki, Sumqayıt şəhəri 9-cu mikrorayon ərazisindən keçən
magistral su xəttində baş vermiş qəzanın aradan qaldırılması işləri
ilə bağlı gün ərzində şəhərin bəzi ərazilərinin su təminatında
müvəqqəti fasilə yaranacaq.
“Anlayışla qarşıladıqlarına görə, abonentlərə minnətdarlığımızı
bildiririk”,-məlumatda qeyd edilib.

