Amnistiya aktı indiyədək 12 mindən çox şəxsə tətbiq olunub

Baş səhifə

Bakı. Trend:

“Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan
edilməsi haqqında Milli Məclisin 19 dekabr 2025-ci il tarixli
Qərarı 22 dekabr 2025-ci il tarixindən 26 yanvar 2026-cı il
tarixinədək Ədliyyə Nazirliyinin Penitensiar və Probasiya
xidmətləri, habelə İstintaq idarəsi üzrə 12.336
şəxs barəsində tətbiq olunub.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Ədliyyə Nazirliyindən
məlumat verilib.

Bildirilib ki, amnistiya tətbiq olunan şəxslərin
4.977-si müəyyən müddətə azadlıqdan məhrumetmə,
6.613-ü isə azadlıqdan məhrumetmə ilə əlaqədar
olmayan cəzalardan azad edilib. Bundan əlavə, azadlıqdan məhrum
etmə cəzasına məhkum edilmiş 734 nəfərin cəzası 6
ay azaldılıb. 12 nəfər isə cinayət məsuliyyətindən
azad edilib (ədliyyə orqanlarının istintaq aidiyyəti üzrə).




Məlumata görə, cəzaçəkmə müəssisələrində cəza çəkən şəxslərdən
Vətən müharibəsində iştirak etdiyinə görə 13 nəfər
və Qərar qüvvəyə mindiyi günədək 60 yaşına çatdığına görə
13 nəfər də cəzadan azad edilənlər arasında yer
alıb.

“Amnistiya tətbiq olunmuş şəxslərdən 1.021-i
böyük ictimai təhlükə törətməyən, 10.502-si az
ağır, 813-ü ağır cinayətlər törətmiş şəxslərdir.
Ümumilikdə amnistiya tətbiq olunmuş şəxslərdən
11.761-i kişi (onlardan 17-si yetkinlik yaşına
çatmayan şəxslərdir), 575-i isə qadındır.

Amnistiya aktının icrası davam edir”, – nazirliyin məlumatında
qeyd olunub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir