Ukrayna Rusiyaya “ağıllı bomba”larla hücum edib – Rusiya MN

Baş səhifə

Bakı. Trend:

Ukrayna Silahlı Qüvvələri (USQ) Rusiyaya “ağıllı bomba”larla
hücum edib.

Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi
məlumat yayıb.

Bildirilib ki, Rusiyanın hava hücumlarından müdafiə qüvvələri
iki idarəolunan aviabombanı zərərsizləşdirib.




Məlumata görə, məhz bu cür bombalar “ağıllı bomba” adlanır. Belə
ki, sözügedən bombalar digərlərindən yüksək dəqiqliyi və böyük
tətbiqat radiusunun olması ilə fərqlənir.

Hücumun təfərrüatları və bombanın modeli açıqlanmır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir