Asiya Parlament Assambleyasının 16-cı plenar sessiyası keçirilib

Baş səhifə

Bəhreyn Krallığında rəsmi səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova yanvarın 26-da Asiya Parlament Assambleyasının (APA) 16-cı plenar sessiyasında çıxış edib.

Bu barədə APA-ya Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Milli Məclisin sədri çıxışında bildirib ki, 2024-cü ilin fevralında Bakıda keçirilmiş 14-cü plenar sessiyada Azərbaycan Respublikasının Milli Məclisi APA-ya sədrliyi öz üzərinə götürüb:

“Azərbaycanın sədrliyi dövründə ölkəmiz Assambleya çərçivəsində əməkdaşlığın və dialoqun dərinləşdirilməsi istiqamətində fəal səylər göstərib. Bu, Azərbaycanın APA-ya mühüm parlamentlərarası platforma kimi verdiyi əhəmiyyətin göstəricisidir”.

Sahibə Qafarova vurğulayıb ki, cari ildə APA-nın yaradılmasının 20-ci ildönümünün qeyd edildiyi bir məqamda Assambleya artıq konstruktiv dialoq və həmrəylik üçün mühüm çoxtərəfli təsisata çevrilib.

Azərbaycanın Asiya Parlament Assambleyasına sədrliyi rəsmi olaraq Bəhreyn Krallığının Nümayəndələr Şurasına təhvil verilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir