Uşaqlarda bu problem autizmlə səhv salınır – Təranə Rəcəbli

Baş səhifə

Bakı. Trend:

Autizmin diaqnostikası bəzi hallarda eşitmə sinirinin
patologiyaları ilə səhv salınır. Bu səbəbdən hazırda respublika
üzrə bütün yenidoğulmuşlar doğulduğu gündən etibarən audiometriya
skrininqindən keçirilir.

Bunu Trend
müsahibəsində TƏBİB-in Doğuşayardım Komissiyasının sədri Təranə
Rəcəbli bildirib.




Onun sözlərinə görə, autizmin təməlinin hamiləlik zamanı
qoyulması barədə sübutlu mənbələr yoxdur:

“Azərbaycanda bu skrininq testləri İcbari Tibbi Sığorta
çərçivəsində həyata keçirilir.
2016-cı ildən etibarən “Ana və uşaq sağlamlığı” Dövlət Proqramı
çərçivəsində audiometriya skrininqi tətbiq olunur. Hətta özəl tibb
müəssisələrində ana olmuş qadınların körpələrinin də dövlət tibb
müəssisələrində bu skrininqdən keçməsi təmin edilir. Audiometriya
cihazları vasitəsilə eşitmə sinirinin funksional vəziyyəti
yoxlanılır. Eşitmə siniri ilə bağlı problem vaxtında
aşkarlanmadıqda, belə uşaqlara səhvən autizm diaqnozu qoyula bilər.
Bu baxımdan, autizmin differensial diaqnostikasında ilk və əsas
şərt eşitmə sinirinin müayinəsidir”, o, qeyd edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir