Evdə doğuş hallarında uşaq üçün şəhadətnamə necə alınır?

Baş səhifə

Bakı. Trend:

Evdə baş verən doğuş hallarında doğum haqqında şəhadətnamənin
alınması yalnız məhkəmə qaydasında mümkündür. Evdə doğuş və
hamiləliyin pozulması halları hüquq-mühafizə orqanlarının nəzarət
predmetinə daxildir.

Bunu Trend
müsahibəsində TƏBİB-in Doğuşayardım Komissiyasının sədri Təranə
Rəcəbli bildirib.




Onun sözlərinə görə, evdə doğuş hallarında son üç il ərzində ana
ölümü qeydə alınmayıb:

“Evdə doğuş hallarında əsas problemlər infeksiya və qanaxma
risklərinin vaxtında aradan qaldırılmaması, doğuş zamanı baş verə
biləcək ağırlaşmaların qarşısının alınmaması, profilaktik
peyvəndlərin aparılmaması, eləcə də doğum haqqında şəhadətnamənin
əldə edilməsində yaranan çətinliklərdir”, həkim qeyd edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir