
Bakı. Trend:
“Trendyol Azərbaycan” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC)
nizamnamə kapitalını azaldır.
Trend xəbər
verir ki, bu barədə şirkət özü elan edib.
Bildirilib ki, “Trendyol Azərbaycan” MMC nizamnamə kapitalının
200 manat məbləğində azaldıldığını elan edir.
Buna qədər isə MMC-nin nizamnamə kapitalı 168 192 336.53 manat
idi.
Qeyd edək ki, “Trendyol Azərbaycan” MMC 2023-cü ildə dövlət
qeydiyyatına alınıb. Şirkətin qanuni təmsilçisi Yılandıl İrem Cağrı
adlı şəxsdir.

