
Bakı.Trend:
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə
Sumqayıt şəhəri, Çerkassi küçəsində obyektdə yanğın baş verməsi
barədə məlumat daxil olub.
Trend xəbər
verir ki, bu barədə FHN məlumat yayıb.
Bildirilir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət
Yanğından Mühafizə Xidmətinin Sumqayıt Şəhər Yanğından Mühafizə
İdarəsinin qüvvələri cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının
ümumi sahəsi 1800kv.m. olan ikimərtəbəli müxtəlif təyinatlı
obyektlərin yerləşdiyi tikilinin ikinci mərtəbəsində yerləşən idman
zalında baş verdiyi və yayılma riskinin yüksək olduğu müəyyən
edilib.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın
genişlənməsinə, o cümlədən tikilinin birinci mərtəbəsində yerləşən
avtomobil təmiri sexləri və kafeyə keçməsinə imkan verilmədən qısa
müddətdə söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 400kv.m. olan idman zalının
yanar konstruksiyaları 70kv.m. sahədə yanıb və 200kv.m. sahədə
tavanı deformasiya edib.
İdman zalının qalan hissəsi, avtomobil təmiri sexləri, təmirə
dayanmış avtomobillər və kafe yanğından mühafizə olunub.
Xəsarət alan olmayıb.
xxx
17:29
Sumqayıt şəhərində avtomobil təmiri sexlərindən birində başlayan
yanğın söndürülüb.
Bu barədə Trend-ə FHN-dən məlumat verilib.
Qeyd edilib ki, yanğının başvermə səbəbi araşdırılır.
xxx
17:19
Sumqayıt şəhərində yerləşən avtomobil təmiri sexində yanğın
başlayıb.
Bu barədə Trend-ə FHN-in mətbuat xidmətindən bildirilib.
Bildirilir ki, məlumatla əlaqədar hadisə yerinə Fövqəladə Hallar
Nazirliyinin (FHN) yanğınsöndürmə briqadası cəlb olunub.
Yanğının söndürülməsi istiqamətində işlər görülür.

