Azərbaycandan İrlandiyaya neft ixracı 2 dəfədən çox artıb

Baş səhifə

Bakı. Trend:

2025-ci ildən Azərbaycandan İrlandiyaya 289,7 milyon ABŞ dolları
dəyərində bitumlu süxurlardan əldə edilmiş 577,1 min ton xam neft
və neft məhsulları ixrac olunub.

Trend bu barədə
Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu göstərici 2024-cü ilin müvafiq dövrü ilə
müqayisədə dəyər ifadəsində 149,9 milyon ABŞ dolları və ya 2,1
dəfə, həcm baxımından isə 340,5 min ton və ya 2,4 dəfə çoxdur.

2024-cü ildə Azərbaycandan İrlandiyaya 139,8 milyon ABŞ dolları
dəyərində 236,6 min tonn neft və neft məhsulları ixrac olunub.




2025-ci ildə Azərbaycandan dünyanın 21 ölkəsinə bitumlu
süxurlardan əldə edilən xam neft və neft məhsulları üzrə 23,4
milyon ton həcmində məhsul ixrac olunub. İxracın ümumi dəyəri 12,1
milyard ABŞ dolları təşkil edib.

Bildirilir ki, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə dəyər
ifadəsində göstərici 2,4 milyard ABŞ dolları və ya 16,2% azalıb,
lakin fiziki həcm baxımından 215 min ton və ya 0,9% artım qeydə
alınıb.

Qeyd olunan məhsulların ixracı 2025-ci ildə ölkənin ümumi ixrac
həcminin 48,28%-ni təşkil edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir