Bu ölkədə Nipah virusu ilə əlaqədar səhiyyə tədbirləri gücləndirilib

Baş səhifə

Bakı. Trend:

Tayland Hindistanın şərqində Nipah virusuna yoluxma hallarının
aşkarlanması ilə əlaqədar səhiyyə sahəsində nəzarəti
gücləndirib.

Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.

Ölkənin baş naziri vəzifələrini icra edən Anutin Çanvirakun
bildirib ki, hakimiyyət orqanları mümkün yoluxma hallarını müəyyən
etmək üçün nəzarət tədbirləri həyata keçirir.




“Hazırda Taylandda Nipah virusuna yoluxma halları qeydə
alınmayıb”, – deyə o vurğulayıb.

Taylandın Xəstəliklərə Nəzarət və Profilaktika Departamenti daha
əvvəl bəyan etmişdi ki, krallıqda virusun yayılmasının qarşısının
alınmasına yönəlmiş profilaktik tədbirlərlə həyata keçirilən yüksək
hazırlıq rejimi tətbiq olunur. Epidemioloqlar heyvanlarla təmasdan
sonra, xüsusilə yarasalarla ünsiyyətdən sonra əllərin diqqətlə
yuyulmasını, həmçinin üzərində dişləmə izləri görünən yerə düşmüş
meyvələrin yeyilməməsini tövsiyə edirlər.

Hazırda Hindistanın Qərbi Benqal ştatında Nipah virusu ilə bağlı
vəziyyət ciddi narahatlıq doğurur: rəsmi mənbələrə görə bu il beş
laboratoriya təsdiqlənmiş yoluxma halı qeydə alınıb və onların
arasında həkim və tibb bacıları da var, təxminən 100-dən çox şəxs
karantinə alınıb. Ölüm sayı ilə bağlı son dəqiq rəqəm hələ
dəqiqliklə açıqlanmır, lakin bu virusun yüksək ölüm nisbətinə görə
əvvəlki epizodlarda yoluxanların çox hissəsi dünyasını dəyişib və
mütəxəssislər təhlükənin ciddiliyini vurğulayırlar.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir