
Bakı. Trend:
Böyük Britaniya və daha doqquz Avropa ölkəsi Şimal dənizində iri
miqyaslı dəniz külək elektrik şəbəkəsinin qurulması barədə razılığa
gəlib.
Trend bu
barədə xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, məqsəd köhnə neft hövzəsini “təmiz enerji
anbarı”na çevirmək və 2030-cu illərdə bərpa olunan enerjinin payını
kəskin artırmaqdır.
Razılaşmaya əsasən, müxtəlif ölkələrə birbaşa bağlanacaq dəniz
külək stansiyaları və yüksək gərginlikli sualtı kabellər inşa
ediləcək. Layihə çərçivəsində ümumilikdə 100 giqavatt gücündə
enerji istehsalı nəzərdə tutulur ki, bu da 143 milyon evin elektrik
tələbatını ödəməyə kifayətdir.
Öhdəliklər “Hamburq bəyannaməsi” ilə rəsmiləşdiriləcək və Böyük
Britaniya, Belçika, Danimarka, Fransa, Almaniya, İslandiya,
İrlandiya, Lüksemburq, Niderland və Norveçin enerji nazirləri
tərəfindən imzalanacaq.
Hökumətlər 2031–2040-cu illərdə hər il ən azı 5 giqavatt yeni
dəniz külək enerjisi istehsalına dəstək verəcək.

