
Bakı. Trend:
Süni intellekt artıq səhiyyə sisteminə daxil olub. Lakin burada
vacib bir sual yaranır: süni intellekt səhv etsə, məsuliyyəti kim
daşıyacaq?
Bunu Trend-ə
müsahibəsində TƏBİB-in Doğuşayardım Komissiyasının sədri Təranə
Rəcəbli bildirib.
Onun sözlərinə görə, həkim və orta tibb işçiləri süni
intellektlə işləmək bacarıqlarına malik olmaq üçün müvafiq təlimlər
almalıdır:
“Süni intellektin tibbdə tətbiqi zəruri olmaqla yanaşı, müəyyən
risklər də yarada bilər. Buna görə də bu sahədə müvafiq
qanunvericilik aktlarının qəbul edilməsi vacibdir.
Mənim fikrimcə, süni intellekt tibbdə yalnız köməkçi vasitə kimi
istifadə olunmalıdır və heç vaxt həkimi əvəz edə bilməz”, – Təranə
Rəcəbli qeyd edib.

