SOCAR ilə Dünya Bankı arasında əməkdaşlıq perspektivləri nəzərdən keçirildi (FOTO)

Baş səhifə

Bakı. Trend:

Yanvarın 26-da SOCAR-ın prezidenti Rövşən Nəcəf Dünya Bankının
Avropa və Mərkəzi Asiya regionunda infrastruktur üzrə direktoru
Çarlz Kormier ilə görüşüb.

SOCAR-dan Trend
verilən məlumata görə, görüşdə SOCAR ilə Dünya Bankı arasında
formalaşmış uzunmüddətli əməkdaşlıqdan məmnunluq ifadə olunub,
birgə icra olunan layihələrin, o cümlədən Cənub Qaz Dəhlizinin
Avropanın enerji təhlükəsizliyi baxımından strateji əhəmiyyəti qeyd
olunub. Eləcə də, SOCAR-ın Dünya Bankının “2030-cu ilədək məşəldə
rutin yandırılmaların sıfıra endirilməsi” təşəbbüsünün fəal
iştirakçılarından olduğu vurğulanıb.




Söhbət zamanı SOCAR-ın qlobal genişlənmə strategiyasına uyğun
olaraq həyata keçirdiyi layihələr, dekarbonizasiya hədəfləri,
müəssisələrin rəqəmsallaşdırılması üzrə görülən işlər barədə
məlumat verilib. Bu xüsusda, “SOCAR Karbamid” zavodunun Dünya
İqtisadi Forumunun “Qlobal mayak” Şəbəkəsinə üzv qəbul edildiyi
bildirilib.

Görüşdə tərəflər əməkdaşlıq perspektivlərini nəzərdən keçirib,
ədalətli enerji keçidi, iqtisadi cəhətdən səmərəli enerji
resursları, yaşıl enerji dəhlizləri və qarşılıqlı maraq doğuran
digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir