Summativ qiymətləndirmə ilə bağlı iddialara RƏSMİ REAKSİYA

Baş səhifə

Bir neçə gün əvvəl elektron qaydada keçirilən böyük summativ qiymətləndirmə suallarının ictimailəşdirilməsi ilə bağlı məsələyə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) tərəfindən aydınlıq gətirilib.

Modern.az xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq MÜTDA-dan məlumat verilib.

Bildirilib ki, vətəndaşlardan daxil olan müraciətlərdə sualların yayıldığı iddia edilən təhsil müəssisələrinin rəhbərləri ilə danışıqlar aparılıb:

“Məlum olub ki, bu hal lokal xarakter daşıyıb və azsaylı təhsil müəssisələrini əhatə edib. Bildiririk ki, qiymətləndirmə prosesinin obyektivliyi, şəffaflığı və məxfiliyi təhsil sisteminin əsas prinsiplərindəndir. Sualların əvvəlcədən ictimailəşdirilməsi yolverilməzdir və buna şərait yaradan şəxslərlə bağlı qanunvericiliyə uyğun olaraq ölçü götürüləcək. Bu halın müşahidə edildiyi məktəblərdə pedaqoji şuranın qərarı ilə BSQ yenidən təşkil edilə bilər”.

Qeyd edək ki, sosial şəbəkələrdə 6-cı sinif üzrə Riyaziyyat və Azərbaycan dili fənləri üzrə keçirilən böyük summativ qiymətləndirmənin (BSQ) cavablarının əvvəlcədən yayıldığı iddia olunub. Bu hal ictimai müzakirələrə səbəb olub. (Mənbə: APA)

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir