İlham Əliyev uzaqgörən liderdir – İsrail naziri

Baş səhifə

İsrailin xarici işlər naziri Gideon Saar Bakı səfərindən yazıb.

Modern.az xəbər verir ki, Saar Azərbaycan Prezidenti İlham Əliyevi “ölkəni təsirli nailiyyətlərə aparan uzaqgörən lider” adlandırıb.

“Bakıda gözəl görüş keçirdik və Prezidentə Azərbaycandakı yəhudi icmasına dostluğuna və dəstəyinə görə təşəkkür etdim. Mən Bakıya müxtəlif sektorlardan olan İsrail şirkətlərindən və iqtisadi təşkilatlarından ibarət yüksək səviyyəli biznes və iqtisadi nümayəndə heyəti ilə gəldim. Bizim ortaq məqsədimiz enerji, müdafiə, su, kənd təsərrüfatı, turizm və digər sahələrdə tərəfdaşlığı dərinləşdirməkdir. Biz strateji münasibətlərimizi gücləndiririk!”, – deyə o qeyd edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir