Məktəblərdə qış tətilidir

Baş səhifə

Yanvarın 27-dən ümumi təhsil müəssisələrində qış tətili başlayır. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, 2025–2026-cı tədris ili üzrə tətil yanvarın 27-31-i tarixlərini əhatə edəcək.

Modern.az xəbər verir ki, 5 gün davam edəcək tətil məktəbəhazırlıq qruplarına da şamil edilir.

Tətildən sonra beşgünlük və altıgünlük iş həftəsi ilə fəaliyyət göstərən ümumi təhsil müəssisələrində ilk dərs günü fevralın 2-sidir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir