Paytaxt və Sumqayıtda oğurluq edənlər saxlanıldılar

Baş səhifə

Bakı.Trend:

Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən bazarların birindən
5400 manat dəyərində kənd təsərrüfatı məhsulu talanıb.

Trend-in
məlumatına görə, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə
əməli törətməkdə şübhəli bilinən 26 yaşlı İ.Sahibcanov və 35 yaşlı
H.Yusibov müəyyən edilərək saxlanılıblar.




Nəsimi rayonunda mağazaların birindən mobil telefon oğurlayan 47
yaşlı A.Qurbanov, Sumqayıtda isə marketlərin birindən 250 manat
oğurlamaqda şübhəli bilinən N.Məmmədov da polis əməkdaşları
tərəfindən saxlanılıblar.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir