
Bakı. Trend:
Səhiyyə Nazirliyinin İctimai Sağlamlıq və İslahatlar Mərkəzi
(İSİM) tərəfindən bu məqsədlə mobil tətbiqlər yaradılıb.
2022–2026-cı illər üzrə sosial-iqtisadi inkişaf strategiyasında
həmin mobil tətbiqlərə əlçatanlığın artırılması bir sıra qurumlar
tərəfindən qarşıya qoyulan əsas məqsədlərdən biridir.
Bunu Trend-ə
müsahibəsində TƏBİB-in Doğuşayardım Komissiyasının sədri Təranə
Rəcəbli bildirib.
Onun sözlərinə görə, hamilələr və ana olmağa hazırlaşan qadınlar
öz sağlamlıqlarına ciddi yanaşmalıdırlar:
“Bu tətbiqlərə nümunə olaraq “Burla Xatun” mobil applikasiyasını
qeyd etmək olar. Biz ilkin səhiyyə xidmətinin hesabatlarında bu
applikasiyaların təbliği ilə bağlı məlumatların təqdim olunmasını
tələb edirik. Hər bir hamilə qadın bu tətbiqlər vasitəsilə
hamiləlik dövründə və hamiləlikdən sonrakı mərhələdə həm özünə, həm
də körpəsinə qulluqla bağlı mühüm məlumatlar əldə edə bilər.
TƏBİB hər altı aydan bir doğuşayardım müəssisələrindən hesabat
alarkən mobil applikasiyalardan istifadə göstəricilərinə də xüsusi
diqqət yetirir. Hazırda doğuş, doğuşayardım, körpələrə qulluq və
müxtəlif xəstəliklərlə bağlı ümumilikdə 13 mobil applikasiya
istifadəyə verilib. Bu tətbiqlər vasitəsilə qadınlar zəruri və
etibarlı məlumatlarla təmin oluna bilərlər. Təəssüf ki, bəzi
hallarda qadınlar bu cür maarifləndirici tətbiqlərdən və
məlumatlardan istifadə etməkdənsə, doğuşdan sonrakı mərasimlərə və
“parti”lərə daha çox maraq göstərirlər”, həkim qeyd edib.

