“İnternetdən təhlükəsiz istifadə bacarıqları” layihəsi çərçivəsində növbəti təlimlər təşkil olunub

Baş səhifə

Bakı. Trend:

AZCON Holding şirkətlərindən olan “Aztelekom” MMC və Məktəbəqədər
və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) təşkilatçılığı ilə
“İnternetdən təhlükəsiz istifadə bacarıqları” layihəsi çərçivəsində
təlimlər davam edir.

Layihənin məqsədi müəllimlər arasında internetdən düzgün
istifadə vərdişlərinin formalaşdırılması, rəqəmsal savadlılığın
artırılması və onlayn təhlükələrdən qorunma mədəniyyətinin inkişaf
etdirilməsidir.

Hazırkı mərhələdə korporativ sosial məsuliyyəti layihələri
çərçivəsində keçirilən tədbirdə Gəncə – Daşkəsən, Lənkəran –
Astara, Quba – Xaçmaz və Mərkəzi Aran Regional Təhsil İdarələrinin
tabeliyində olan məktəblərdən 100 müəllim üçün onlayn təlimlər
təşkil olunub.

“Aztelekom”un mütəxəssisləri tərəfindən keçirilən təlimlər fərdi
məlumatların qorunması, rəqəmsal təhlükəsizlik, sosial şəbəkələrdə
davranış qaydaları, onlayn risklərdən qorunma üsulları və
məsuliyyətli internet istifadəsi mövzularını əhatə edir.




Sessiyalar iştirakçıların aktiv iştirakı ilə real vəziyyətlər
üzərində aparılan müzakirələr və praktik yanaşmalar əsasında
keçirilib.

Növbəti mərhələlərdə layihənin ölkənin digər regionlarını da
əhatə etməsi planlaşdırılır.

Xatırladaq ki, layihə bu günədək Lənkəran, Qusar və Şəki
rayonlarının kənd məktəblərinin müəllim və şagirdlərini əhatə
edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir