
Bakı. Trend
2025-ci ildə Azərbaycan Dövlət Neft Fondu (ARDNF) dövlət
büdcəsinə proqnozla eyni – 14,481 milyard manat vəsait transfert
edib.
Trend bu
barədə ARDNF-yə istinadən xəbər verir.
Xatırladaq ki, bu göstərici 2024-cü illə müqayisədə 13.3%
çoxdur.
Qeyd edilib ki, 2025-ci ilin yanvar-dekabr aylarında aşağıdakı
icrası davam edən layihələrə 105,5 milyon manat yönəldilmişdir, o
cümlədən:
“2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil
sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət
Proqramı”nın maliyyələşməsinə 18,6 milyon manat,
“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində
təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı”nın
maliyyələşməsinə 86,9 milyon manat.
Sözügedən dövrdə, ARDNF-nin idarə edilməsi ilə bağlı xərcləri
40,7 milyon manat təşkil edib.

