Ərdoğanın Ermənistanda həlak olan əsgər ailələrinə pul yardımı edəcəyi ilə bağlı xəbər yalan çıxdı (FOTO)

Baş səhifə

Bakı. Trend:

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın imzaladığı fərmanla
Türkiyənin müharibədə həlak olmuş erməni əsgərlərinin ailələrinə
yardım göstərəcəyi barədə yayılan iddialar yalan çıxıb.

Trend xəbər verir
ki, Türkiyənin Dezinformasiya İlə Mübarizə Mərkəzi (DMM) sosial
şəbəkələrdə yayılan məlumatı təkzib edərək bu kimi iddiaların
Türkiyə-Azərbaycan münasibətlərini hədəfə aldığını qeyd edib.

Qurum rəsmi “X” səhifəsində bununla bağlı paylaşım edib:




“Bəzi media orqanlarında və sosial şəbəkələrdə yayılan,
‘Prezidentimiz cənab Rəcəb Tayyib Ərdoğanın Ermənistanda həlak
olmuş əsgərlərin ailələrinə və cəmiyyətin yardıma ehtiyacı olan
təbəqələrinə 10 milyon dollar maddi yardım ayrılmasını nəzərdə
tutan fərman imzaladığı’ barədə iddialar tamamilə əsassızdır.

İctimaiyyətin ölkəmizi və Türkiyə–Azərbaycan münasibətlərini
hədəf alan dezinformasiyalara etibar etməməsi, yalnız rəsmi
qurumlar tərəfindən yayılan açıqlamaları nəzərə alması xahiş
olunur”,-deyə məlumatda qeyd olunur.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir