“PAŞA Sığorta” 33 368 AZN zərəri ödədi!

Baş səhifə

Bakı. Trend:

Müştəriyönümlü xidmət standartları ilə seçilən “PAŞA Sığorta”
baş vermiş qəza hadisəsi ilə bağlı “Tam KASKO” sığortalı
müştərisinə 33 368 AZN məbləğində ödənişini həyata keçirib.

Hadisə zamanı sığortalıya məxsus nəqliyyat vasitəsini idarə edən
sürücü idarəetməni itirərək hasara və yol kənarındakı maneəyə
çırpılıb, nəticədə avtomobil aşıb və məhvə uğrayıb.




“PAŞA Sığorta”da göstərilən sığorta xidmətləri müştərilərin
qəfil və gözlənilməz hallarda maliyyə yükünü minimuma endirməyə,
onların rahatlığını təmin etməyə yönəlib.

Qeyd edək ki, “Tam KASKO” sığortası avtonəqliyyat hadisəsi,
atılmış və düşmüş əşyalar, heyvanların hərəkəti, oğurluq və
soyğunçuluq, yanğın və partlayış, təbii fəlakətlər zamanı
avtomobilə dəyən zərəri qarşılayır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir