Azərbaycanın strateji valyuta ehtiyatları 85 milyard dolları ötüb

Baş səhifə

Bakı. Trend:

Bu il yanvar ayının 1-nə Azərbaycanın strateji valyuta
ehtiyatları 85,56 milyard ABŞ dollarına çatıb.

Trend xəbər
verir ki, ötən ilin sonuna Azərbaycan Respublikası Dövlət Neft
Fondunun (ARDNF) aktivləri 73,541 milyard ABŞ dollarına çatıb.

Strateji valyuta ehtiyatlarının 11,515 milyard dolları isə
Mərkəzi Bankın ehtiyatlarının payına düşüb.




Son 1 ildə isə ölkənin valyuta ehtiyatları 14,165 milyard ABŞ
dolları və yaxud 19,8% artıb.

Beləliklə, ölkənin strateji valyuta ehtiyatları 2026-cı ilin
yanvarın 1-nə 85 milyard ABŞ dollarını ötüb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir