ABŞ-də ölümcül qar çovğunu: qurbanların sayı 34-ə çatdı

Baş səhifə

Bakı. Trend:

ABŞ-də güclü qar çovğunu səbəbindən ölənlərin sayı 34-ə
çatıb.

Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.

Ölüm halları ümumilikdə ABŞ-nin 14 ştatında qeydə alınıb. Ən
yüksək qurban sayı Nyu-York ştatında sənədləşdirilib (9 nəfər).
Həftənin əvvəli qar çovğunu səbəbindən 14 nəfərin öldüyü
bildirilirdi.




Bir çox ştatda yağan qarın səviyyəsi 30 sm-i keçib ki, bu da
avtomobil yollarında hərəkətdə fasilələrə, hava reyslərinin ləğvinə
və məktəblərin bağlanmasına səbəb olub.

Ölkənin Milli Meteorologiya Xidmətinin məlumatına görə,
Pensilvaniya ştatının Pitsburq şəhərinin şimalındakı bəzi
ərazilərdə yağıntının miqdarı 50 sm-dən artıq olub.

Ölkədə hələ də elektrik enerjisinin verilməsində fasilələr
müşahidə olunur. “PowerOutage.com” saytının məlumatına əsasən,
hazırda təxminən 550 min nəfər elektrik təchizatından məhrumdur. Ən
çox təsirlənən ştatlar Tennessi və Missisipidir. Hakimiyyət
orqanları xəbərdarlıq edirlər ki, enerji təchizatının tam bərpası
bir neçə gün çəkə bilər.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir