2025-ci ildə Azərbaycanın sığorta bazarı böyüyüb

Baş səhifə

Bakı. Trend:

2025-ci ildə Azərbaycanda fəaliyyət göstərən 16 sığorta şirkəti
vasitəsilə 1 milyard 505 milyon manat məbləğinda sığorta haqqı
toplanıb. Bu göstərici ötən ilin müvafiq dövrünün göstəriciləri ilə
müqayisədə 11,2% çoxdur.

Trend bu barədə
Azərbaycanın Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

Hesabat dövründə sığorta ödənişlərinin həcmi 920,4 milyon manat
təşkil edib və illik ifadədə 22,3% artıb.




2025-ci ildə həyat sığortası növləri üzrə 642,9 milyon manat
sığorta haqqı toplanıb ki, bu da 2024-cü ilin eyni dövrü ilə
müqayisədə 33% çoxdur. Bu məbləğin 637 milyon manatı könüllü həyat
sığortasının, 5,9 milyon manatı isə icbari həyat sığortasının
payına düşüb.

Hesabat dövründə qeyri-həyat sığortası növləri üzrə ödənişlərin
həcmi 3% artaraq 277,5 milyon manata çatıb. O cümlədən, könüllü
sığorta növləri üzrə ödənişlər 136,9 milyon manat, icbari sığorta
növləri üzrə isə 140,6 milyon manat təşkil edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir