2025-ci ildə 59 mikro və kiçik sahibkar innovativ layihələr üzrə vergi güzəştləri əldə edib

Baş səhifə

Bakı. Trend:

2025-ci ildə 125 mikro və kiçik sahibkarlıq subyekti “Startap”
şəhadətnaməsi almaq üçün Kiçik və Orta Biznesin İnkişafı
Agentliyinə (KOBİA) müraciət edib. Nazirlər Kabinetinin 29 yanvar
2021-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Startapın müəyyən
olunması meyarları”na əsasən Ekspertlər Şurası tərəfindən 59 KOB
subyektinə “Startap” şəhadətnaməsinin verilməsi barədə qərar qəbul
olunub. Şəhadətnamə almış sahibkarların 48-i hüquqi, 11-i fiziki
şəxs olmaqla, 53-ü mikro və 6-sı kiçik sahibkardır. 44 startap Bakı
şəhərindən, 15-i isə regionlardandır. Şəhadətnamə almış
sahibkarların 10-u qadın sahibkardır. Layihələrin 4-ü “yaşıl
layihə”dir. “Startap” şəhadətnaməsi almış biznes subyektləri
istehsal və xidmət sektorlarında fəaliyyət göstərir, startapların
əsas istiqamətləri maliyyə, təhsil və səhiyyə texnologiyaları,
e-ticarət və rəqəmsal marketinq, rəqəmsal ödəniş sistemləri və s.
sahələrdə innovativ həlləri özündə ehtiva edir.

Ümumilikdə “Startap” şəhadətnaməsinin verilməsinə başlanıldığı
2021-ci ildən 2026-cı ilin 1 yanvar tarixinə KOBİA-ya 493 müraciət
daxil olub ki, onlardan 247-nə “Startap” şəhadətnaməsi verilib.




Qeyd edək ki, “Startap” şəhadətnaməsi KOB subyektlərini
şəhadətnaməni aldıqları tarixdən etibarən innovasiya fəaliyyətindən
əldə etdikləri gəlirlər üzrə mənfəət və ya gəlir vergisindən 3 il
müddətinə azad edir. “Startap” şəhadətnaməsinin verilməsi, yaxud
imtina edilməsi haqqında qərar KOBİA tərəfindən Ekspertlər
Şurasının rəyi əsasında verilir. Ekspertlər Şurası Agentliyin
nəzdində 12 nəfərdən ibarət olan müxtəlif dövlət qurumlarının
nümayəndələrindən və müstəqil ekspertlərdən ibarətdir. Mikro və
kiçik sahibkarlıq subyektləri “Startap” şəhadətnaməsi üçün KOBİA-ya
müraciət edə bilərlər. Ətraflı məlumat üçün: https://smb.gov.az/az/nav/startap-sehadetnamesi

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir