
Bakı. Trend:
Energetika naziri Pərviz Şahbazov 06 fevral tarixində Quba,
Qusar, Xaçmaz, Şabran, Siyəzən rayonlarından olan vətəndaşları
qəbul edəcək.
Bu barədə Trend-ə Energetika Nazirliyindən məlumat verilib.
Bildirilib ki, qəbul saat 11:00-dan başlayaraq Quba rayon Heydər
Əliyev Mərkəzində (ünvan: AZ4000, Quba şəhəri, Heydər Əliyev adına
mədəniyyət və istirahət parkı) keçiriləcək.
Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyatdan keçmək üçün
Energetika Nazirliyinin “974” Çağrı Mərkəzi, 598-16-55 “Qaynar
Xətt”i, 598-16-53/54 (daxili 1145, 1146, 1245) telefon nömrələri
(əlaqələndirici şəxs: Əzizə Cəfərova), [email protected]
elektron poçt ünvanı, eləcə də Enerji Məsələlərini Tənzimləmə
Agentliyinin Xaçmaz filialı (əlaqələndirici şəxs Famil Əliyev;
əlaqə telefonları: (+99423) 325-12-38, (050) 235-17-57, elektron
poçt ünvanı: [email protected]
vasitəsilə müraciət edə bilərlər. Həmçinin Energetika Nazirliyinin
www.minenergy.gov.az
internet səhifəsində yaradılmış “Qəbula yazılmaq“ bölməsi
vasitəsilə də qəbul üçün müraciət etmək mümkündür.

