Polşanın sabiq prezidenti Amerikada işə düzəldi

Baş səhifə

Bakı. Trend:

Polşanın sabiq prezidenti Andjey Duda Amerika Birləşmiş
Ştatlarında iş tapıb.

Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.

O, xaricdə suverenlik və milli müdafiə ideyalarını təşviq edən
konservativ liderlərlə əməkdaşlığı ilə tanınan “Heritage” (İrs)
Fondunun sıralarına qoşulub.

“Mənim üçün “Heritage” Fonduna qoşulmaq böyük şərəfdir,”- deyə
Duda bildirib.




O, prezident vəzifəsində olarkən azadlığın qorunması üçün
qarşısını alma, müdafiəyə investisiya və möhkəm alyansların
əhəmiyyətini gördüyünü qeyd edib.

Duda öz yeni postunda Avropada mühafizəkar siyasətin təşviqinə
töhfə verəcəyinə ümidvar olduğunu bildirib.

Qeyd edək ki, sabiq prezident fondda dəvətli elmi işçi
vəzifəsində çalışacaq.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir