Sahibə Qafarova Saqr Qobaş ilə Azərbaycan-BƏƏ parlamentlərarası əməkdaşlığı müzakirə ediblər

Baş səhifə

Bakı. Trend:

Milli Məclisin sədri Sahibə Qafarova Birləşmiş Ərəb
Əmirliklərinə işgüzar səfəri çərçivəsində bu ölkənin Federal Milli
Şurasının sədri Saqr Qobaşla görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən
Trend-ə verilən
məlumata görə, Azərbaycan parlament sədrini səmimiyyətlə salamlayan
Saqr Qobaş bu səfərə və Aralıq Dənizi Parlament Assambleyasının
Qadın Parlament Forumunun 2-ci Sessiyasında iştirakına görə Milli
Məclis sədrinə təşəkkür edib.

Bildirilib ki, görüşdə ölkələrimiz arasında münasibətlərin
dinamik və hərtərəfli inkişafından məmnunluq ifadə olunaraq,
tarixi, dini və mədəni köklərlə bir-birinə bağlı olan ölkələrimiz
arasında strateji tərəfdaşlıq əlaqələrinin bütün sahələr üzrə
yüksək səviyyədə inkişaf etdiyi qeyd olunub.

Vurğulanıb ki, ölkələrimizin liderlərinin birgə səyləri və şəxsi
münasibətləri Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında,
habelə xalqlarımız arasında əlaqələrin daha da dərinləşməsinə imkan
verib və bu gün ölkələrimiz bir çox sahələrdə geniş və uğurlu
əlaqələrə malikdir.

Milli Məclisin sədri, Azərbaycan Prezidenti İlham Əliyevin
“Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görüldüyünü xatırladaraq,
dövlətimizin başçısının Birləşmiş Ərəb Əmirliklərinin qurucusu,
mərhum Şeyx Zayedin adını daşıyan belə nüfuzlu mükafata layiq
görülməsinin xalqımız tərəfindən yüksək qiymətləndirildiyini
bildirib.

Söhbət zamanı parlamentlərarası əlaqələrin cari vəziyyəti və
inkişaf perspektivləri barədə də fikir mübadiləsi aparılıb. Qeyd
olunub ki, ölkələrimiz arasında yüksək səviyyəli əlaqələr parlament
platformasında da uğurla davam etdirilir və son dövrlər
qanunvericilik orqanlarımız arasında təmaslar və qarşılıqlı
səfərlər daha da artıb. Spiker Sahibə Qafarova ötən il özünün
Birləşmiş Ərəb Əmirliklərinə, Saqr Qobaşın isə Azərbaycana rəsmi
səfərlərini xatırlayaraq, bu səfər və görüşlərin, həmçinin,
parlamentlər arasında imzalanmış əməkdaşlığa dair Anlaşma
Memorandumunun imzalanmasının əlaqələrin daha da dərinləşməsinə
imkan verdiyini bildirib. O cümlədən, parlamentlərimizin beynəlxalq
parlament təşkilatlarında uğurlu əməkdaşlığından məmnunluq ifadə
olunub.

Saqr Qobaş da öz növbəsində Azərbaycana səfərini məmnunluqla
xatırlayaraq, səfər çərçivəsində keçirilən görüşlərin əlaqələrimizə
müsbət töhfələrini vurğulayıb.

Spiker Sahibə Qafarova Aralıq Dənizi Parlament Assambleyasının
Qadın Parlament Forumunun 2-ci sessiyasının uğurla təşkil
olunduğunu qeyd edərək, bu kimi beynəlxalq tədbirlərin bəşəriyyəti
narahat edən məsələlərin müzakirəsi baxımından əhəmiyyətini
vurğulayıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da
fikir mübadiləsi aparılıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir