
Bakı. Trend:
Qırğızıstanın Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin (MTDK)
əməkdaşları respublikanın Cəlalabad vilayətində məktəblərdə və uşaq
bağçalarında terror aktları törətməklə hədələyən yetkinlik yaşına
çatmayan vətəndaşı saxlayıblar.
Trend xarici
KİV-lərə istinadən xəbər verir ki, bu barədə MTDK-nın mətbuat
xidməti məlumat yayıb.
“Cəlalabad vilayətinin Kəzarman kəndində məktəblərdə və uşaq
bağçalarında terror aktı törətmək barədə hədələyici mesajların
müəllifi saxlanılıb”, – məlumatda qeyd olunub.
Şübhəli şəxs partlayışlar təşkil etmək niyyətini “Facebook”
sosial şəbəkəsində yazıb. O, məktəblərin birində 8-ci sinif
şagirdidir.
Aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən
edilib ki, yeniyetmə “internet-terrorçuların təsiri altına düşüb”
və ona göstərilən psixoloji təsirdən sonra “terror aktı törətmək
niyyətində olub”.

