
Bakı. Trend:
Bakıda saxlanılmış Rusiya vətəndaşlarının həbs müddəti daha 3 ay
uzadılıb.
Trend-in
hüquq mühafizə orqanlarındakı məlumatlı mənbədən əldə etdiyi xəbərə
görə, bununla bağlı Qərar Xətai Rayon Məhkəməsi tərəfindən qəbul
edilib.
Qeyd edək ki, təqsirləndirilən şəxslər İrandan narkotik
vasitələrin tranziti və qanunsuz dövriyyəsi, həmçinin
kiberdələduzluqla əlaqədar Daxili İşlər Nazirliyinin həyata
keçirdiyi əməliyyat çərçivəsində saxlanılıblar.

