
Bakı. Trend:
Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin
əməkdaşlarının həyata keçirdikləri əməliyyatlar zamanı
narkotiklərin paytaxt ərazisində satışını həyata keçirməkdə şübhəli
bilinən əvvəllər məhkum olunmuş Əliş Əliyev, Daşqın Rzayev,
Miryusif Abbasov, Yusif Rəhimov, Mahmud Nəzərov və Ülviyyə Aslanova
tutulublar.
Trend xəbər
verir ki, bu barədə DİN məlumat yayıb.
Bildirilir ki, onlardan 21 kq marixuana, heroin, metamfetamin və
246 ədəd psixotrop tərkibli həb aşkarlanıb.
Araşdırma zamanı saxlanılan şəxslərin ölkə ərazisində
narkotiklərin əlbəəl satışı və qanunsuz dövriyyəsini təşkil
etdikləri müəyyən edilib.
Faktlarla bağlı cinayət işləri başlanılıb və onların hər biri
barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə fasiləsiz
davam etdirilir.

