Avtomobillərin şüşələrini qıraraq oğurluq edən şəxs ələ keçdi

Baş səhifə

Bakı.Trend:

Avtomobillərin şüşələrini qıraraq oğurluq edən şəxs
saxlanılıb.

Trend xəbər
verir ki, bu barədə DİN məlumat yayıb.

Bildirilir ki, paytaxtın Nəsimi rayonu ərazisində 4 avtomobildən
içərisində pul, bank kartları, sənədlər olan çanta və pulqabıların,
həmçinin mobil telefonun oğurlanması, beləcə zərərçəkənlərə
ümumilikdə 2000 manata yaxın maddi ziyan vurulması barədə polisə
məlumatlar daxil olub.




Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri
tədbirlərlə əməlləri törətməkdə şübhəli bilinən, əvvəllər oğurluqla
əlaqəli cinayətə görə məhkum olunmuş 40 yaşlı Səbuhi Mirzəyev
saxlanılıb.

Araşdırma zamanı onun rayon ərazisindəki daha bir avtomobildən
oğurluğa cəhd göstərməsi, həmçinin Abşeron rayonunda üç
avtomobildən pul oğurladığı da müəyyən edilib.

Faktlarla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam
etdirilir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir