İtaliya səfiri İran XİN-ə çağırılıb, etiraz olunub

Baş səhifə

Bakı. Trend:

İtaliyanın İrandakı səfiri Paola Amadei bu gün İran Xarici İşlər
Nazirliyinə çağırılaraq ona İranın etirazı elan olunub.

Bu barədə Trend
İran XİN-ə istinadən məlumat verib.

Məlumata görə, İran Xarici İşlər Nazirliyinin Qərbi Avropa
ölkələri üzrə baş idarəsinin baş direktoru Əlirza Yusifi İtaliyaya
İranın etirazını bildirib.




Görüşdə iranlı rəsmi İslam İnqilabı Keşikçilər Korpusunun
(SEPAH) İranın rəsmi silahlı qüvvələrinin bir hissəsi olduğunu
bildirib, İİKK-yə qarşı hər hansı ittihamın irəli sürülməsinin
mənfi nəticələri haqda xəbərdarlıq edib və İtaliya xarici işlər
nazirinin İranla əlaqədə açıqlamasının məqbul olmadığını qeyd
edib.

İtaliya səfiri də tez bir zamanda İranın etirazını təmsil etdiyi
hökumətə çatdıracağını bildirib.

Xatırladaq ki, İtaliya xarici işlər naziri Antonio Tayani son
günlər İİKK-nin terrorçu qruplaşmalar siyahısına salınmasını təklif
edəcəyini bildirib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir