Azərbaycan və Türkiyə Dəmir Yolları arasında Anlaşma Memorandumu imzalanıb

Baş səhifə

akı. Trend:

AZCON Holding şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları” QSC
(ADY) və Türkiyə Dövlət Dəmir Yolları (TCDD) arasında Anlaşma
Memorandumu imzalanıb.

Trend xəbər
verir ki, bu barədə ADY məlumat yayıb.




Bildirilir ki, ADY sədri Rövşən Rüstəmov və TCDD İdarə Heyətinin
sədri və baş direktoru Veysi Kurt tərəfindən imzalanan memorandumda
məqsəd dəmir yolu sektorunda əməkdaşlığın inkişaf
etdirilməsidir.

Sənədə əsasən infrastrukturun inkişafı, hərəkətin idarə
edilməsi, birgə innovativ həllərin tətbiqi, kadr hazırlığı, eləcə
də məlumat mübadiləsi üzrə əməkdaşlıq həyata keçiriləcək.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir