“Azərlotereya” 2025-ci ildə 267 böyük uduş təqdim edib

Baş səhifə

Bakı. Trend:

Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları
operatoru “Azərlotereya” 2025-ci ildə də
çox sayda qazanılan böyük uduşlarla yadda qalıb.

Ötən il “Azərlotereya”nın tirajlı lotereya, “Poz-Qazan” və
“ePoz-Qazan” oyunları üzrə 267 böyük uduş
qazanılıb. Onlardan 172-i “Poz-Qazan”, 29-u tirajlı, 66 ədədi isə
“ePoz-Qazan” oyunlarının payına düşüb.

2025-ci ilin ən böyük uduşu – 500 000 manat “Prestij”də
qazanılıb. Bu, “Poz-Qazan” oyunlarının tarixində ən böyük uduş
hesab edilir.

Digər “Poz-Qazan” oyunlarında uduşlar bol olub. 1 biletdə 200
000, 6 biletdə 100 000, 1 biletdə 75 000, 16 biletdə 50 000, 2
biletdə 30 000, daha 18 biletdə 25 000, 94 biletdə 10 000, 27
biletdə 5 000, 5 biletdə 5 555, 1 biletdə isə 3 000 manat
qazanılaraq şanslı qaliblərinə qovuşub.




Ötən il tirajlı lotereyalar arasında da böyük uduşlar qeydə
alınıb. 3 nəfər “Super Keno”dan
100 000, 10 nəfər isə “Beşdə 5” lotereyasından 50 000 manat
qazanıb.

“ePoz-Qazan” oyunları da müxtəlif uduşlarla sahiblərini
sevindirib. Ən böyük uduşlar isə “Qol Qazan” və “20X”də olub. Ötən
il bu oyunlarda 2 nəfər 50 000 manat udub. Həmçinin “20X”da 3 nəfər
20 qəpiyə 20 000 manat, 1 nəfər isə “100X” oyunundan
36 346 manat qazanıb.

“Azərlotereya”nın təqdim etdiyi bir-birindən maraqlı şans
oyunlarında bu il də 5 000-dən 1 milyon manatadək böyük uduşlar,
eləcə də “4+4” tirajlı
lotereyasında 1 300 000 manatdan çox cekpot sahiblərini
gözləyir.

Biletləri “Azərlotereya” satış nöqtələri,
“Misli” məntəqələri, “Azərpoçt” şöbələri, “Araz” və OBA marketlər
şəbəkəsi, eləcə də digər mağaza və köşklərdən əldə etmək
mümkündür.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir