Azərbaycanda könüllü sığorta bazarı 13%-ə yaxın böyüyüb

Baş səhifə

Bakı. Trend:

2025-ci ildə Azərbaycanda könüllü sığorta növlərinin hesabına
1,139 milyard manat sığorta haqqı toplanılıb.

Trend
Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2024-cü
illə müqayisədə 127,6 milyon manat və ya 12,6% çoxdur.

Hesabat dövründə könüllü sığorta növləri üzrə ödənişlər isə
160,8 milyon manat və yaxud 26,2% artaraq 773,8 milyon manata
çatıb.




Beləliklə, ötən il könüllü sığorta bazarında toplanmış hər 100
manat sığorta haqqının 67,9 manatı müştərilərə geri ödənilib.

Qeyd edək ki, 2025-ci ildə Azərbaycanda sığorta şirkətlərinin
xətti ilə 1,505 milyard manat sığorta haqqı yığılıb. Bu göstərici
2024-cü ilə nisbətən 151,5 milyon manat və ya 11,2% çoxdur.

Eyni zamanda hesbat dövründə Azərbaycanda fəaliyyət göstərən
sığorta şirkətləri tərəfindən 920,4 milyon manat sığorta ödənişi
edilib ki, bu göstərici 2024-cü illə müqayisədə 167,7 milyon manat
və ya 22,3% artım deməkdir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir