Aİ-də elektrik avtomobilləri ilk dəfə benzinliləri üstələdi

Baş səhifə

Bakı. Trend:

Aİ-də elektrik avtomobilləri ilk dəfə benzinliləri
üstələyib.

Trend xarici
KİV-ə istinadən xəbər verir ki, bu barədə Avropa Avtomobil
İstehsalçıları Assosiasiyası (ACEA) məlumat yayıb.

Məlumata görə, Avropa Birliyində dekabr ayında tam elektrikli
avtomobillərin satışları ilk dəfə benzinlə işləyən avtomobillərin
satışlarını ötüb.




Qeydiyyat artımı əsasən batareya ilə işləyən elektrik
avtomobillərinin satışlarından qaynaqlanır. Bu yüksəliş, Avropa
bazarında illik müqayisədə altıncı ardıcıl aylıq artımın qeydə
alınmasına səbəb olub.

Qeyd edək ki, Böyük Britaniya ilə Norveçdə də elektrişli
avtomobillərin satışı benzin avtomobillərinin satışlarını
üstələyib

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir