Ukrayna XİN rəhbəri: Zelenski Putinlə görüşməyə hazırdır

Baş səhifə

Ukrayna prezidenti Volodimir Zelenski sülh danışıqları çərçivəsində iki əsas məsələ olan ərazi mübahisələri və Zaporojye AES üzərində nəzarəti həll etmək üçün Rusiya prezidenti Vladimir Putinlə şəxsən görüşməyə hazırdır.

APA xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Andrey Sibiqa bildirib.

O, sülh prosesindəki ən həssas bu iki məsələnin hələ də həll olunmadığını vurğulayıb.

“Prezident Putinlə görüşməyə və xüsusi olaraq bu məsələləri həll etmək üçün müzakirə etməyə hazırdır”, – Sibiqa bildirib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir