Avstraliyanın cənub-şərqində anomal istilər minlərlə evi elektriksiz qoyub

Baş səhifə

Bakı. Trend:

Avstraliyanın cənub-şərqində anomal isti hava şəraiti
nəticəsində azı 106 min ev elektrik enerjisiz qalıb.

Trend xəbər verir
ki, bu barədə Viktoriya ştatının energetika naziri Lili Deambrozio
“X” sosial şəbəkə hesabında məlumat yayıb.

Nazir bildirib ki, rekord istilər fonunda ştatda son 17 ilin ən
yüksək elektrik enerjisi istehlakı qeydə alınıb.




“Saat 20:30-a (Bakı vaxtı ilə 13:30 – red.) qədər paylayıcı
şəbəkədə 106 min elektrik kəsintisi qeydə alınıb. Kəsintilərin
aradan qaldırılması və elektrik enerjisinin mümkün qədər tez
bərpası üçün ərazilərdə əlavə briqadalar fəaliyyət göstərir”, –
deyə o qeyd edib.

L.Deambrozio əlavə edib ki, elektrik kəsintilərinə təkcə
həddindən artıq istilər deyil, həmçinin meşə yanğınları nəticəsində
avadanlıqların sıradan çıxması, ağacların elektrik dirəkləri və
naqillərin üzərinə aşması kimi amillər də səbəb olub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir