Dollar indeksi 2022-ci ildən bəri ilk dəfə 96,2 bənddən aşağı düşüb

Baş səhifə

Bakı. Trend:

Londonun ICE birjasında keçirilən ticarət əməliyyatları zamanı
ABŞ dollarının əsas dünya valyutalarına qarşı məzənnə dinamikasını
əks etdirən dollar indeksi 96,2 bəndlik həddən aşağı enib.

Trend xəbər verir
ki, ticarət məlumatlarına əsasən, bu göstərici 23 fevral 2022-ci
ildən bəri ilk dəfə qeydə alınıb.




Bakı vaxtı ilə saat 20:38-ə olan məlumata görə, dollar indeksi
0,91 faiz azalaraq 96,175 bənd təşkil edib. Saat 21:08-ə doğru isə
azalma tempi bir qədər zəifləyib və indeks 96,229 bənd (-0,85 faiz)
səviyyəsində qərarlaşıb.

Qeyd edək ki, dollar indeksi ABŞ valyutasının altı əsas xarici
valyutadan ibarət səbətə – avro, yen, funt sterlinq, Kanada
dolları, İsveç kronu və İsveçrə frankına qarşı nisbətini əks
etdirir. İndeksin yüksəlməsi dolların bu valyutalara qarşı
möhkəmlənməsi, azalması isə zəifləməsi kimi qiymətləndirilir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir