“Aston Villa” Temmi Abrahamı transfer edib

Baş səhifə

Bakı. Trend:

İngiltərənin “Aston Villa” klubu rəsmi saytında “Beşiktaş”ın
hücumçusu Temmi Abrahamı satın aldığını açıqlayıb.

Trend xəbər verir
ki, Abraham “Çelsi”nin gənclər sisteminin yetirməsidir və həm
gənclər, həm də böyüklər komandasında çıxış edib. Onun karyerasında
həmçinin “Roma”, “Milan” və digər klublarda oynadığı dövrlər də yer
alıb.




Qeyd olunur ki, Abraham 2018/2019 mövsümündə “Birminhem”də çıxış
edərək komandanın İngiltərə Premyer Liqasına yüksəlməsinə yardım
edib.

Bu mövsüm 26 matçda 13 qol vuran və üç məhsuldar ötürmə edən
Abrahamın hazırkı bazar dəyəri Transfermarkt-a görə 14 milyon
avrodur.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir