
Bakı. Trend:
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh
Şurası Azərbaycanı təsisçi üzv kimi salamlayıb.
Trend xəbər verir
ki, bu barədə təşkilatın “X” sosial şəbəkə hesabında paylaşılan
açıqlamada bildirilib.
“Sülh Şurası Azərbaycanı böyüyən beynəlxalq təşkilatımızın
təsisçi üzvü kimi salamlayır”, – deyə paylaşımda qeyd olunub.
Xatırladaq ki, yanvarın 22-də Davosda “Sülh Şurasının
Nizamnaməsi” (“Board of Peace Charter”) sənədinin imzalanma
mərasimi keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev də həmin
tədbirdə iştirak edib.

