Hədəfimiz səhmlərin geniş investor kütləsi üçün əlçatan olmasıdır – “PAŞA Bank” rəsmisi

Baş səhifə

Bakı. Trend:

Bu günə bankın 17 725 590 ədəd səhmi var. Bunların təxminən 5%-i
həcmində, yəni 932 926 ədəd adi, adlı səhmin bazara təqdim olunması
planlaşdırılır.

Trend xəbər
verir ki, bunu “PAŞA Bank”ın İdarə Heyətinin üzvü, baş maliyyə
inzibatçısı Murad Süleymanov təmsil etdiyi bankın səhmlərinin İlkin
Kütləvi Təklifi (IPO) üzrə hazırlıq prosesinə həsr olunmuş mətbuat
konfransında bildirib.




“Hazırda emissiya prospektinin yekunlaşması səhmlərin qiymətinə
və digər çərçivənin formalaşması işlərini aparırıq.Bu və digər
şərtlər, o cümlədən bazar amili, investor marağı, qiymətləndirmə
nəticəsi, beynəlxalq təcrübələr nəzərə alınacaq.

Əsas hədəfimiz səhmlərin geniş investor kütləsi üçün əlçatan
olmasıdır. Səhmlərin satış prosesinin həm rəqəmsal, həm də fiziki
kanallar şəklində qurmağı planlaşdırırıq. Anderrayter “PAŞA
Kapital” olacaq. Eyni zamanda hazırda biz digər broker şirkətləri
ilə də danışıqlar aparırıq”, – o vurğulayıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir