
Bakı.Trend:
İctimai nəqliyyatla bağlı “brutto müqavilə sistemi”nə dair Bakı
və Abşeron ərazisində layihənin hazırlanması son mərhələdədir.
Trend xəbər
verir ki, “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat
infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün
Dövlət Proqramı”nın 2025-ci il üzrə icrasına həsr olunmuş dəyirmi
masada çıxışı zamanı rəqəmsal inkişaf və nəqliyyat nazirinin
müavini Rəhman Hümmətov bildirib.
O bildirib ki, bu istiqamətdə işlər yekunlaşmaq üzrədir.
“Bu müqavilənin başlıca məqsədi avtobus marşrutlarının müəyyən
olunmuş cədvələ uyğun fəaliyyət göstərməsidir”, – deyə qurum
rəsmisi əlavə edib.

